ABŞ dövlət katibi Entoni Blinken NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Tvitterdə bildirib.
“Bu gün NATO-nun Baş katibi Yens Stoltenberq ilə əla görüş keçirdik. İyulda baş tutacaq NATO-nun Vilnüs Zirvəsini, Müttəfiqlərin Ukraynaya davamlı dəstəyi, İsveçin Alyansa üzvlük prosesinin irəliləməsi və Alyansın digər prioritetlərini müzakirə etdik” – amerikalı diplomat vurğulayıb.