Krım Rusiyanın regionudur, onu heç kim icarəyə götürə bilməz.

"Unikal" gazeta.ru-ya istinadən xəbər verir ki,  bunu Kremlin mətbuat katibi Dmitri Peskov Belarus Prezidenti Aleksandr Lukaşenkonun Rusiya və Ukraynanın “Krımın icarəsi” ilə bağlı razılığa gəlmək istədikləri barədə açıqlamasını şərh edərkən bildirib.

“Xeyr, bu belə deyil. Krım Rusiya Federasiyasının ayrılmaz hissəsidir, Bu, Rusiyan regionudur”, - deyə Peskov Belarus Prezidentinin sözlərini təkzib edib.

Qeyd edək ki,   Aleksandr Lukaşenko “Rossiya 1” kanalına müsahibə verib.  O,müsahibəsində  2022-ci ilin martında İstanbulda danışıqlar zamanı Moskva və Kiyev guya Krımın “uzunmüddətli icarəsi” şərtlərini müzakirə ediblər. Belarus lideri indi heç bir razılaşmanın mümkün olmadığını və Krımın Konstitusiyaya görə Rusiyanın ərazisi olduğunu vurğulayıb.