"Danışıqlarda müəyyən irəliləyiş əldə olunub"

"Unikal" xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq İsveçin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO-ya üzvlüklə bağlı keçirdiyi görüşdə bildirib. 

NATO-nun baş katibi Yens Stoltenberq İsveçin NATO-ya üzvlük gündəliyi ilə bağlı açıqlamalar verib. 

Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanla görüşünün "müsbət" keçdiyini bildirən Stoltenberq, "Danışıqlarda müəyyən irəliləyiş əldə olunub" deyib.

Stoltenberq, "İsveç NATO-ya üzv olmaq üçün üzərinə düşəni etdi. PKK üzvünün Türkiyəyə ekstradisiyası İsveçin mütəşəkkil cinayətkarlıqla mübarizədə maraqlarına uyğundur" deyə bildirib.