Şimali Afrikadan olan miqrantları daşıyan qayıq Yunanıstan sahillərində aşıb.

"Unikal" xəbər veirr ki, günorta saatlarında 59 nəfərin cəsədi sudan çıxarılıb. 104 nəfər xilas edilib. Sağ qalanlar gəmidə ümumilikdə neçə sərnişinin olduğunu bilmədiyi üçün itkin düşənlərin sayı məlum deyil.

Qayıq Liviyadan gəlib. Fəlakətə səbəb onun sıxlığı olub.

Sahil mühafizəsinin məlumatına görə, qayıq çərşənbə axşamı axşam saatlarında görünüb və onun ardınca İtaliyaya gedib. Yunanıstan üçün bu, ilin əvvəlindən bəri ən böyük gəmi qəzasıdır.