Almaniya Ukraynaya Patriot hava mücumundan müdafiə sistemləri üçün 64 ədəd idarə olunan raket verəcək.

"Unikal" xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius NATO-nun departament rəhbərlərinin Brüsseldə keçirilən iclasında deyib.

Pistorius Almaniyanın raketləri dərhal təhvil verəcəyini vurğulayıb: "Bu, xüsusilə indi, müharibənin bu xüsusi mərhələsində, Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiəni təmin etmək üzrə uğurlu səylərinə davamlı dəstəyin çox mühüm əlamətidir".

Ağarza Elçinoğlu