Kolumbiyada polis aldığı rüşvəti udub. 

"Unikal" xəbər verir ki, hadisə Soaça rayonunda qeydə alınıb. Belə  ki, adı açıqlanmayan polis iş adamından pul tələb edib. Lakin naməlum iş adamı rüşvət verməmişdən əvvəl digər polislərlə əlaqə saxlayıb.

İş adamı pulu polisə verdikdən sonra rayona korrupsiya ilə mübarizə qrupları gəlib. Rüşvət almış polis dəlilləri məhv etmək üçün pulu yeyib. Bundan sonra pul polisin boğazında ilişib qaldığı üçün o nəfəs almaqda çətinlik çəkib. Xəstəxanaya aparılan polisin mədəsindən 500 min peso dəyərində əskinaslar çıxarılıb.