"Ukrayna qoşunları cəbhədə Rusiya ordusunun şiddətli müqaviməti ilə üzləşir".

"Unikal" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Amerikanın "NBC News" telekanalına müsahibəsində deyib.

Ukrayna liderinin sözlərinə görə, işlər yaxşı gedir: "Mən deyərdim ki, ümumiyyətlə müsbətdir, amma çox ağırdır. Cəbhə xəttində qoşunlarımız çox sərt müqavimətlə üzləşir, çünki Rusiya üçün Ukraynada bu raundda uduzmaq, əslində, müharibəni uduzmaq deməkdir".

O, əks-hücum əməliyyatının təfərrüatlarını verməyib.

Ağarza Elçinoğlu