Türkiyənin müdafiə naziri Yaşar Gülər ​​rəsmi Ankaranın Ukraynadakı münaqişənin həllinə töhfə verməyə hazır olduğunu bəyan edərək, onun ərazi bütövlüyünün qorunmasının vacibliyinə işarə edib.

"Unikal" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin rəhbəri Brüsseldə NATO nazirlərinin toplantısının yekunlarına əsasən bildirib.

"Brüsseldə keçirilən görüşdə Krım da daxil olmaqla Ukraynanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəklədiyimizi bir daha bəyan etdik", - Y.Gülər ​​vurğulayıb.