ABŞ-ın Ohayo ştatında qan donduran hadisə baş verib.

"Unikal" xəbər verir  ki, 32 yaşlı Çad Doerman 3, 4 və 7 yaşlı üç oğlunu sıraya düzərək güllələyib.

Belə ki, cani ata həyat yoldaşını yaralayıb. Daha sonra 4 övladını bağçaya aparıb. Uşaqları sıra ilə güllələyərkən, böyük övladı olan qız ölümdən qurtulmağı bacarıb. 

O, qonşulardan yardım istəyib. Əraziyə polis cəlb olunub. Qatil ata qısa zamanda saxlanılıb. O, ilkin etirafında aylardır övladlarını öldürmək planını hazırladığını bildirib. Ohaya ştat məhkəməsi kişini ömürlük həbs edib.