"Rusiya prezidenti Vladimir Putinin taktiki nüvə silahından istifadə təhlükəsi realdır".

"Unikal" xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden Kaliforniyadakı çıxışı zamanı deyib.  

“Təxminən iki il əvvəl burada olarkən və Kolorado çayının qurumasından narahat olduğumu deyəndə hamı mənə dəli kimi baxırdı. Putinin taktiki nüvə silahından istifadə etməsindən narahat olduğumu deyəndə onlar mənə dəli kimi baxırlar.  Amma bu, realdır”, - Bayden  bildirib.  

Bundan əvvəl, 80 yaşlı Amerika lideri Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirməsini "tamamilə məsuliyyətsiz" addım adlandırıb.