Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba Londonda ABŞ-ın dövlət katibi Entoni Blinkenlə danışıqlar aparıb.

"Unikal" xəbər verir ki, danışıqlarda Ukraynanın əks-hücumunun təmin edilməsi məsələsi müzakirə edilib. 

Dmitri Kuleba Londonda ABŞ dövlət katibi Entoni Blinkenlə danışıqlar aparıb.

Departamentin mətbuat xidməti əlavə edib ki, diplomatlar Ukraynanın əks-hücumunu təmin etmək üçün yeni həll yollarını, o cümlədən NATO-nun Vilnüsdə keçirilən  sammitində Ukraynanın üzvlüyünün perspektivləri və sülhü dəstəkləyən qlobal koalisiyanın genişləndirilməsi ilə bağlı qərarların hazırlanmasını müzakirə ediblər .