Hondurasın Fransisko Morazan departamentindəki qadın həbsxanasında qarşıdurma baş verib.

"Unikal" xarici KİV-ə  istinadən xəbər verir ki,  Honduras təhlükəsizlik naziri Yulissa Villanueva verdiyi açıqlamada iğtişaşlarda 41 nəfərin həyatını itirdiyini bildirib.

Həbsxanada iğtişaşdan sonra fövqəladə vəziyyət elan edilib. Toqquşmalar zamanı həbsxanada yanğın da çıxıb.  

İğtişaş bir qrup məhbusun AR-15 avtomatları ilə 1 saylı həbsxana kamerasına gələrək içəridəkilərə atəş açması ilə başlayıb.

Honduras mətbuatında yer alan xəbərlərdə həyatını itirən məhbusların əksəriyyətinin yanıq xəsarətləri ilə cəsədlərinin tapıldığı, hücum edənlərin 18 dəstə üzvü olduğu iddia edilib.