Estoniya parlamenti cinsindən asılı olmayaraq iki yetkin şəxs arasında nikahın mümkünlüyünü nəzərdə tutan qanunu qəbul edib.

"Unikal" xəbər verir ki, bu barədə Estoniya hökuməti məlumat yayıb. 

Qəbul edilmiş qanuna görə, indi cinsindən asılı olmayaraq iki yetkin şəxs nikaha girə bilər. Parlamentin 55 üzvü bu qərarın lehinə, 34-ü əleyhinə səs verib. Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək. Həmçinin, Estoniyada eynicinsli cütlüklər də uşaqları övladlığa götürə bilərlər.