Rusiya prezidenti Vladimir Putin bu gün 65 yaşını qeyd edən Moskva meri Sergey Sobyanini 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya dövlət başçısı fərman imzalayıb. 

Qeyd edək ki, Sobyanin 2010-cu ildən Moskvaya rəhbərlik edir. İki həftə əvvəl onun növbəti müddətə namizədliyi irəli sürülüb.

Ağarza Elçinoğlu