Rusiya Federasiyasının baş prokuroru İqor Krasnov silahlı üsyan təşkil etmək cəhdi ilə bağlı cinayət işinin başlanması kontekstində Rusiya prezidenti Vladimir Putinə məruzə edib. 

"Unikal" xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov qeyd edib ki, baş prokuror belə bir cinayət işinin başlanmasının qanuniliyi barədə prezidentə məlumat verib.

Onu da deyək ki, baş prokurorluq Rusiyada çevriliş hazırlamağa cəhd edən "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojini 20 ilə qədər həbs cəzası gözlədiyini açıqlayıb.

Ağarza Elçinoğlu