Səkkiz Çin hərbi təyyarəsi Tayvan boğazının xəttini keçərək adanın sahilindən 44 km aralıda yerləşən ərazisinə yaxınlaşıb.

"Unikal" xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi məlumat yayıb. 

"Tayvan öz təyyarəsini işə salıb və cavab olaraq gəmilər göndərib, həmçinin yerüstü raket sistemlərini işə salıb", - nazirlik bildirib.

 Qeyd edək ki, son üç il ərzində Çin Hərbi Hava Qüvvələri müntəzəm olaraq Tayvan ətrafındakı hava məkanına daxil olub.

Gülayə  Mecid