Moskva və Moskva vilayətində mümkün terror aktlarının qarşısının alınması məqsədilə antiterror əməliyyatı rejimi tətbiq edilir.

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Milli Antiterror Komitəsi (MAK) məlumat yayıb. 

“Moskva şəhəri və Moskva vilayəti ərazisində mümkün terror aktlarının qarşısının alınması məqsədilə antiterror əməliyyatı rejimi tətbiq edilir”, - MAK-ın bəyanatında deyilir.