İyunun 24-nə keçən gecə Belarus prezidenti Aleksandr Lukaşenkonun ailəsinə məxsus təyyarələrdən biri ölkədən Türkiyənin kurort şəhəri Bodruma yola düşüb.

"Unikal" xəbər verir ki  bu barədə Belarus KİV-ləri məlumat yayıb. 

Bildirilir ki, EW-301PJ reys nömrəli Bombardier Challenger 850 təyyarəsi saat 00:01-də Minskdən havaya qalxıb və saat 05:15-də Türkiyənin Bodrum şəhərinə eniş edib.

Gülayə Mecid