"Vaqner" PMC-nin rəhbəri Yevgeni Priqojin tərəfindən başladılan silahlı üsyanı "dərhal dayandırmağa" çağırıram.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin yerli KİV-ə  müsahibəsində  deyib. 

Zatulin üsyana səbəb olan vəziyyəti də “qorxudan” adlandırıb və bundan nəticə çıxarmağın lazım olduğunu qeyd edib.

“Mənə elə gəlir ki, vəziyyət diqqətdən kənarda qalıb. Mən bunu daha ətraflı şərh etmək istəmirəm, indi səbəblərə aid olan hər şey hazırda baş verənlər qədər vacib deyil. Təbii ki, üsyan üsyandır. İnanıram ki, hər şeyi öz adı ilə çağırmaq lazımdır - bu silahlı üsyandır. Nə izah edirsə, səbəbləri, motivləri nə olursa olsun, "Vaqner"in rəhbəri  bunu dayandırmalıdır".