İsrailin baş naziri Benyamin Netanyahu Ankaraya səfər edəcək.

"Unikal" xarici KİV-ə istinadla xəbər verir ki, səfər çərçivəsində o, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. 

Tərəflərin iyul ayında görüşəcəyiqeyd olunub. Görüş zamanı İsrail qazının Türkiyə vasitəsilə Avropaya nəqli mövzusunda danışıqlar aparılacaq. 

Bildirilib ki, iki ölkə liderləri ikitərəfli münasibətlərin yaxşılaşdırılması üçün bir sıra addımlar atacaqlar.

Ağarza Elçinoğlu