"Rostov-na-Donuda vəziyyəti sabitləşdirmək üçün qətiyyətli addımlar atılacaq". 

"Unikal" xəbər verir ki, bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin xalqa müraciətində deyib. 

O, vəziyyətin çətin olaraq qaldığını açıqlayıb: "mülki və hərbi orqanların işi faktiki olaraq bloklanır".

Prezident əlavə edib ki, Silahlı Qüvvələrə və digər dövlət qurumlarına lazımi əmrlər daxil olub, Moskvada, Moskva vilayətində və bir sıra digər rayonlarda əlavə antiterror tədbirləri həyata keçirilib.

Qeyd edək ki, Rostov-na-Donu Rusiyanın cənub-qərbindəki ən böyük şəhərdir. "Vaqner" qrupunun sözügedən şəhəri tutduğu deyilir. 

Ağarza Elçinoğlu