Türkiyənin İzmir şəhərində Karşıyakada ticarət mərkəzində təşkil olunan konsertdə çıxan davada 3 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, İzmirdə ticarət mərkəzində təşkil edilən konsertdə çıxan davada 3 nəfər yaralanıb, 3 nəfər isə nəzarətə alınıb. 

Karşıyakada ticarət mərkəzində keçirilən konsert zamanı iki qrup arasında hələ naməlum səbəbdən mübahisə düşüb. Mübahisə davaya çevrildiyindən BB (20), YK (17) və D.Ç. (17) müxtəlif bıçaq zərbələri ilə yaralanıb.

Xəbərdarlıq üzərinə hadisə yerinə sağlamlıq və polis qrupları sövq edilib.

Yaralılar İzmir Bakırçay Universiteti Çiğli Təhsil və Araşdırma Xəstəxanasında müalicə olunub. D.Ç.-nin həyatının təhlükədə olduğu öyrənilib.

Digər yaralılar isə müalicə olunduqdan sonra evə buraxılıblar.