Çinin Sıçuan vilayətində baş verən torpaq sürüşməsi və palçıq axını nəticəsində azı 7 nəfər itkin düşüb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, hadisə şiddətli yağışların müşahidə olunduğu Vençuan rayonunda baş verib. Təbii fəlakətlə əlaqədar 900 nəfər təxliyə edilib.

Hazırda itkin düşənlərin axtarışları davam edir. Əraziyə xeyli sayda texnika, mülki müdafiə qüvvələri və polislər cəlb olunub.