Birləşmiş Ərəb Əmirliklərinin Ajman şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, yanğın yerli vaxtla saat 01:30 radələrində 30 mərtəbəli yaşayış binasında baş verib. Sakinlər təxliyə ediliblər.

Yanğın qısa zamanda yayılaraq binanın fasadını qismən sıradan çıxarıb. Ölən və xəsarət alan olmayıb.

Yanğının baş vermə səbəbləri araşdırılır.