Danimarka hökuməti ukraynalı pilotların F-16 döyüş təyyarəsini idarə etmək üçün təlimlərə başladığını bildirib.

"Unikal" xəbər verir ki, Danimarka hökuməti sahib olduğu F-16 döyüş təyyarələrinin istismardan çıxarılma vaxtını iki il əvvələ çəkildiyini elan edib.

Yeni alınan beşinci nəsil F-35 qırıcıları mövcud təyyarələri əvəz edəcək. Ölkənin müdafiə naziri vəzifəsini icra edən Troels Lund Poulsen bildirib ki, yeni döyüş təyyarələri 2025-ci ilə qədər tam istifadəyə veriləcək. Daha əvvəl bu keçidin 2027-ci ildə tamamlanması planlaşdırılmışdı.

Poulsenin sözlərinə görə, krallıq istismardan çıxarılan F-16 qırıcılarının Ukrayna Hərbi Hava Qüvvələrinə verilməsini də nəzərdən keçirəcək. “Ukraynalı pilotlar əvvəlcə altı-səkkiz aylıq təlim prosesindən keçməlidirlər”, - deyə o qeyd edib.