"İsveç polisinin “Quranı” yandırmaq icazəsi qanuni olsa da, yersizdir".

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bunu İsveçin Baş naziri Ulf Kristersson deyib.

O, bu hərəkətin İsveçin NATO-ya daxil olmasına təsiri ilə bağlı sualı cavablandırmaqdan imtina edib. Baş nazir bildirib ki, indi sakit qalmaq və ölkənin uzunmüddətli perspektivləri haqqında düşünmək lazımdır.

Xatırladaq ki, İsveç polisi Qurban bayramının ilk günündə məscid yaxınlığında “Quran”ın yandırılması aksiyasına icazə verib. Polis əvvəlcə nümayişçilərə icazə verməsə də, aksiya iştirakçıları məhkəməyə müraciət etdikdən sonra icazə alıblar.