Meksikanın Tultepek və Zumpanqo şəhərlərində iki ayrı atəşfəşanlıq emalatxanasında baş verən partlayışlar nəticəsində 10 nəfər xəsarət alıb.

"Unikal" xəbər verir ki, partlayışlar zamanı xəsarət alanların 6-sı polis əməkdaşlarıdır. İlk partlayış Zumpanqoda baş verib və bir nəfər yaralanıb.

Bundan qısa müddət sonra Tultepekdəki başqa bir atəşfəşanlıq emalatxanasında ikinci partlayış baş verib. Sexdə baş verən hadisə zamanı 6-sı polis olmaqla 9 nəfər yaralanıb.

Aidiyyəti orqanlar partlayışlarla bağlı araşdırmanın başlandığını bildiriblər. Qeyd edilir ki, hadisələrin baş verdiyi sexlər qanuni fəaliyyət göstərir.