Fransada iğtişaşlar zamanı həbs olunanların sayı artıb.

"Unikal" xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Gerald Darmanin "Twitter" hesabında bildirib.

"Dünən gecə polisimiz, jandarmımız və yanğınsöndürənlərimiz görünməmiş zorakılıqla üzləşiblər. Mənim qəti göstərişimə uyğun olaraq 667 nəfər həbs edilib", - fransalı nazir bildirib.

Xatırladaq ki, iyunun 27-də Nanterre şəhərində polis əməkdaşları onların tələblərini yerinə yetirməkdən imtina edən 17 yaşlı yeniyetməni güllələyiblər. Bundan sonra Fransanın müxtəlif şəhərlərində etirazlar başlayıb və zorakı xarakter alıb.