Moskva vilayətində hərbi hissələrdən birinə dron zərbələri endirilib.

“Unikal” TASS-a istinadən xəbər verir ki, hücum Kubinka ərazisində baş verib. Dağıntı və tələfat olmadığı bildirilir. Zərbələrdən sonra uçuşları dayandırmış Vnukovo hava limanı fəaliyyətini bərpa edib.

Hava limanının mətbuat xidmətindən bildirilib ki, hava limanı normal rejimdə işləyir. 

Nuranə Abbasova