Türkiyə ilə Misir 13 il sonra diplomatik münasibətləri tam bərpa edib. 

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Türkiyə və Misir iki ölkə arasında diplomatik əlaqələrin səfirlər səviyyəsinə yüksəldildiyini elan edir. Türkiyə Qahirədə fövqəladə və səlahiyyətli səfir vəzifəsinə səfir Salih Mutlu Şenin namizədliyini irəli sürüb", - məlumatda deyilir. 

Misir isə Əmr Elhamamini Türkiyəyə səfir təyin edib.

Ağarza Elçinoğlu