Moldova prezidenti Maya Sandu Gürcüstan hakimiyyətini Gürcüstanın həbsdə olan eks-prezidenti Mixail Saakaşvilinin müalicə üçün xaricə getməsinə icazə verməyə çağırıb.

"Unikal" xəbər verir ki, o, bu barədə "Twitter"ə yazıb.

"Mən Mixail Saakaşvilinin həbsdə olduğu müddətdə səhhətinin ciddi şəkildə pisləşdiyini göstərən məhkəmədəki narahatedici görüntülərdən çox narahatam. Biz Gürcüstan hakimiyyətini onun vəziyyətinə prioritet diqqət yetirməyə və təcili olaraq xaricdə həyati əhəmiyyətli tibbi müalicəyə çıxışı təmin etməyə çağırırıq", - postda deyilir.

Gülayə  Mecid