"İsveçin təxribatların qarşısını ala bilməməsi bizi düşündürür". 

"Unikal" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib. 

Türkiyəli nazir İsveçin NATO-ya üzvlüyünün fayda gətirib-gətirməyəcəyinin müzakirə olunduğunu bildirib:  "Bildiyiniz kimi, Türkiyə olaraq İsveçdə Quranın yandırılması hadisəsini şiddətlə qınadıq. Biz reaksiya verməyə davam edəcəyik. İsveç təhlükəsizlik sisteminin təxribatların qarşısını alacaq bir strukturda olmaması bizi strategiya və təhlükəsizlik baxımından düşündürür. İsveç ev tapşırığını yerinə yetirməlidir". 

Ağarza Elçinoğlu