Koreyanın ən böyük konqlomeratının sahibi, həmçinin "Booyoung Group"un sədri Li Jung Geun Seul yaxınlığındakı kəndin 280 sakininin hər birinə 70 min dollar verib.

"Unikal" xəbər verir ki, bu barədə "Tengri Life" nəşri məlumat yayıb.  

Bildirilir ki, 82 yaşlı milyarder özü də sözügedən kənddəndir. Üstəlik, Li Jung Geun həmkəndlilərinə kitablar və müxtəlif hədiyyələr göndərib.  

"Onun əsas məqsədi illər ərzində doğma şəhərinin qorunmasına və dəstəklənməsinə kömək edən bütün kənd sakinlərinə minnətdarlığını bildirmək idi. Li və şirkəti Kamboca, Vyetnam və Laosda da xeyriyyə ianələri edib", - "Booyoung Group"unun sözçüsü bildirib.

Li öz karyerasına 1970-ci illərdə daşınmaz əmlak istehsalçısı kimi başlayıb. Daha sonra onun şirkəti geniş miqyasda böyüyüb və Koreyada hotel, restoran və qolf sənayesini ələ keçirib. Bu gün Linin şirkəti 16 milyard dollarlıq aktivləri ilə Koreyada 22-ci ən böyük konqlomeratdır.

Üstəlik, onun şəxsi sərvəti 1 milyard dollar qiymətləndirilir ki, bu da onu ölkənin 30 ən varlı adamı siyahısına daxil etməyə imkan verir.

Gülayə  Mecid