“İsveçin NATO-ya üzvlüyü Türkiyənin Avropa İttifaqına qəbul olunmasından sonra mümkün olacaq”.

“Unikal” Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammiti üçün Vilnüsə yola düşməzdən əvvəl İstanbuldakı Atatürk Hava Limanında bildirib.

“Bizə verilən bütün vədlərin həyata keçməsini istəyirik... Türkiyə 50 ildir ki, Aİ-nin qapısında gözləyir. Bizi intizarda saxlayan bu ölkələrə deyirəm, Vilnüsdə də deyəcəm: əvvəlcə Türkiyənin Aİ-yə qapısını açın, sonra İsveçin (NATO-ya) yolunu açacağıq”, - deyə Ərdoğan qeyd edib. 

Onun sözlərinə görə, bu şərtini artıq ABŞ prezidenti Co Baydenə də çatdırıb. 

Nuranə Abbasova