Rusiyanın xarici işlər naziri Sergey Lavrov İndoneziyanın paytaxtı Cakartaya yola düşüb.

“Unikal” Rusiya mediasına istinadən xəbər verir ki, Lavrov Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) himayəsi altında keçirilən tədbirlərdə iştirak etmək üçün Cakartaya uçub.

İyulun 12-də Sergey Lavrov Laos və İndoneziya xarici işlər nazirləri ilə görüşlər keçirəcək. Onun ASEAN-ın baş katibi ilə də görüşü nəzərdə tutulub.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

Nuranə Abbasova