Hindistanın Himaçal-Pradeş əyalətinin yüksək dağlıq ərazilərində leysan yağışlardan sonra başlayan daşqınlar səbəbindən 15 rusiyalı turistin yolu kəsilib. 

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, Satvant əyalətinin polis rəisi Atval Trivedinin sözlərinə görə, rus turistlər hazırda Kasol kəndindədir. Hüquq-mühafizə orqanları bu barədə məlumatı Rusiyanın Hindistandakı səfirliyindən alıb.

“Biz onlarla əlaqə yaratmağa çalışırıq”, - polis rəisi bildirib.

Xatırladaq ki, Hindistanın şimalında leysan yağışlar iyulun 8-də başlayıb və indiyədək bitməyib. Güclü yağışlar nəticəsində azı 100 nəfər həlak olub, bəzi yaşayış məntəqələrini su basıb, yollar su altında qalıb.

Nuranə Abbasova