“Vaqner” qrupunun lideri Yevgeni Priqojinin üsyanından sonra bir sıra rus generalları ictimai məkandan yoxa çıxıblar. Xüsusilə, general Sergey Surovik. Onun yerinə müavini ictimaiyyət qarşısına çıxarılır.  

"Unikal" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi  “Twitter” səhifəsində məlumat yayıb.

Bildirilir ki, ötən günlərdə Rusiya Federasiyasının Baş Qərargah rəisi, general Valeri Gerasimov 24 iyun 2023-cü ildə baş vermiş uğursuz " Vaqner " üsyanından sonra ilk dəfə televiziya ilə çıxış edib. Onunla birlikdə  Surovikin müavini  Rusiya Federasiyası Hava Kosmik Qüvvələrinin Baş Qərargahının rəisi, general-polkovnik Viktor Afzalov çıxış edib. Afzalov ən azı dörd ildir ki, bu vəzifədədir.

"Afzalovun Gerasimovla birlikdə çıxış etməsi Surovikin işdən çıxarılmasını bir daha sübut edir. Onun harada olduğu qeyri-müəyyən olaraq qalır", -  Britaniya Müdafiə Nazirliyi qeyd edib. 

Xatırladaq ki, iyunun 23-də “Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojin Rusiya hərbi rəhbərliyinə, xüsusən də Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyquya qarşı demarş elan edib. Aleksandr Lukaşenko Priqojinlə danışıqlar aparıb, bundan sonra o, qruplaşmanın döyüşçülərinin səhra düşərgələrinə qayıtdığını bildirib.

Gülayə Mecid