ABŞ-ın Kolorado ştatının səlahiyyətliləri, Rocky (Qayalı) dağında, ucqar bir düşərgədə üç nəfərin çürümüş cəsədini tapıb.

"Unikal" xəbər verir ki, bu barədə CBS kanalı məlumat yayıb.
Cəsədlərin 2022-ci ilin sonundan orada ola biləcəyi ehtimal olunur.

Turist meyitlərdən birini iyulun 9-da axşam saatlarında aşkar edib və bu barədə səlahiyyətlilərə məlumat verib, onlar daha sonra düşərgəyə gəldikdən sonra digər iki cəsədi tapıblar.

Müstəntiqlər hadisə yerində mümkün zorakılıq cinayətini göstərə biləcək heç nə tapmayıblar. İlkin məlumatlara görə, onlar qışda donaraq aclıq və donvurma nəticəsində ölə bilərlər.

Ölənlərin kimliyi hələlik açıqlanmayıb.