ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş müşaviri Ceyms Rikards: "2024-cü ilin qışı Rusiya prezidenti Vladimir Putin üçün fürsətə çevrilə bilər"

Keçmiş MKİ rəsmisinin fikrincə, qarşıdan gələn qış Qərbdə ciddi tənəzzülə səbəb ola bilər.

"Unikal" bu barədə  The Daily Reckoning nəşrinə istinadən xəbər verir.

Ötən qış kifayət qədər isti keçməsinə baxmayaraq, Qərb ölkələri enerji təchizatının öhdəsindən çətinliklə gələ bilib. 2024-cü ilin qışında hava daha sərt olarsa, o zaman Rusiya “daha ​​amansız” ola bilər.

Rikards əlavə edib ki, Rusiyaya qarşı sanksiyalar ABŞ iqtisadiyyatına Rusiyadan daha çox ziyan vurub. Beləliklə, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş müşaviri hesab edir ki, bütün bu amillər Qərbdə enerji qiymətlərinin artmasına və tənəzzülə səbəb ola bilər.

Bundan əvvəl Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birol xəbərdarlıq etmişdi ki, bu qış enerji qiymətlərində ciddi artım müşahidə oluna bilər.

Bundan əvvəl Avropa Komissiyası Rusiyanın Avropa İttifaqında dondurulmuş suveren aktivlərinin məbləğini açıqlamışdı.

Ramil Zeynallı