İndoneziyanın paytaxtı Cakartada qeyri-adi toy mərasimi baş tutub.  

"Unikal" xəbər verir ki, dəbdəbəli keçirilən mərasimdə itlər "nikaha" giriblər.  Belə ki,  sahibləri tərəfindən evləndirilən itlərin fotoları sosial mediada gündəm olub. 

İtlər toylarında xüsusi hazırlanmış ənənəvi Yava kostyumları geyiniblər.  İt həvəskarları və onların ev heyvanları da toyda iştirak ediblər.