ABŞ 5 illik fasilədən sonra YUNESKO-ya üzvlüyünü rəsmən bərpa edib.

"Unikal" xəbər verir ki, bu gün Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Parisdə yerləşən mənzil-qərargahında Amerika bayrağının təntənəli qaldırılması mərasimi keçirilib. 

Tədbirdə ABŞ-nin birinci xanımı Cil Bayden də olub. 

Qeyd edək ki, Vaşinqton beynəlxalq təşkilatdan çıxmaq niyyətini 2018-ci ildə, Donald Trampın prezidentliyi dövründə açıqlayıb. ABŞ hakimiyyəti bu addımı YUNESKO-da əsaslı islahat ehtiyacı, həmçinin təşkilatın qəbul etdiyi anti-İsrail qərəzliliyi ilə izah edib.

Ağarza Elçinoğlu