Rusiya prezidenti Vladimir Putin iyulun 28-də Sankt-Peterburqda Ukrayna üzrə Afrika liderləri ilə görüş keçirəcək.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.

“İyulun 28-də Rusiya-Afrika sammiti başa çatdıqdan sonra biz bir qrup Afrika liderləri üçün Ukrayna məsələlərinə dair işçi nahar edəcəyik”, - Kremlin sözçüsü bildirib.

O qeyd edib ki, bu görüş “keçən ay Sankt-Peterburqda da baş tutan müzakirənin davamı olacaq və bir sıra Afrika ölkələrinin müvafiq təşəbbüsü ilə bağlı Ukrayna böhranının həlli ilə bağlı fikir mübadiləsi davam etdiriləcək”.