Türk Hava Yollarına (THY) məxsus İstanbul-Mərakeş reysi ilə uçan sərnişin intihar edib.

"Unikal" xəbər verir ki, THY-nin təyyarəsində olan sərnişin tualetə girərək intihar edib. Hadisə ilə əlaqədar təyyarə məcburi eniş edib. 

Türk Hava Yollarının Mətbuat Xidmətindən alınan məlumata görə, təyyarədə adı açıqlanmayan sərnişin havaya qalxdıqdan az sonra tualetə gedib. Kabin işçiləri uzun müddət tualetdən çıxmayan sərnişinə görə vəziyyətdən şübhələniblər. Təyyarə heyəti tərəfindən tualet açılanda sərnişinin intihar etdiyi aydın olub.

Tualetdən çıxarılan sərnişinə əvvəlcə kabin heyəti, daha sonra isə təyyarədə gedən həkim tərəfindən tibbi yardım göstərilib. Təyyarə saat 15:15 radələrində Əlcəzairdə məcburi eniş edib. Təyyarəyə daxil olan tibb işçiləri sərnişinin öldüyünü müəyyən ediblər.

Əlcəzair səlahiyyətliləri hadisə ilə bağlı araşdırma başlanılıb.