Türkiyənin milli müdafiə naziri Yaşar Gülər yunanıstanlı həmkarı Nikos Dendias ilə telefon danışığı aparıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Güler Yunanıstanda qəzaya uğrayan yanğınsöndürmə təyyarəsinin pilotlarının ölümünə görə başsağlığı verib.

O, yanğınsöndürmə işlərinə dəstək verməyə hazır olduqlarını bildirib.