Afrika ölkələrinin liderlərinin yarısından çoxu Rusiya-Afrika sammitində iştirak etməkdən imtina edib.

"Unikal" xəbər verir ki, 55 Afrika ölkəsindən 38-i sammitdə dövlət başçısı səviyyəsində iştirak etməyəcək.

Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, dövlət başçıları səviyyəsində cəmi 17 ölkə təmsil olunacaq. Daha 10 Afrika dövləti Rusiya Federasiyasına baş nazirlərini və sammit iştirakçılarının demək olar ki, yarısı isə daha aşağı səviyyəli nümayəndə heyətlərini göndərib.