İran və İraqın təklifi ilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İsveç və Danimarkada Qurana qarşı edilən təhqirlərə görə iyulun 31-də fövqəladə iclas keçirəcək.

"Unikal" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın məsələ ilə bağlı İƏT-ə üzv ölkələrin xarici işlər nazirləri ilə müzakirə apardığını deyib: "İslam Əməkdaşlıq Təşkilatına rəsmi görüş sorğusu göndərilib. Quran təhqir olunduğu üçün bu növbədənkənar iclasın bazar ertəsi onlayn keçirilməsinə qərar verilib".

Ağarza Elçinoğlu