Türkiyəli aktyor Çağatay Ulusoyun baş rolunu canlandırdığı "Gaddar" serialının yayım tarixi bəlli olub.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işi fevralın 2-də "Fox" kanalında izləyicilərə təqdim olunacaq.

Qeyd edək ki, serialda Onur Saylak və Sümeyye Aydoğan da baş rol aktyorlarıdır.