“Əfsuslar olsun ki, biz onu tez itirdik”.

"Unikal"ın məlumatına görə, bu sözləri Əməkdar artist Aygün Bəylərlə vida mərasimində müğənni Samirə Yusifqızı deyib.

"Biz uşaqlıqdan birlikdə olmuşuq və mənə çox dəstək olub, əlimdən tutub. Birlikdə bir çox toy məclislərində, tədbirlərdə iştirak etmişik. Eyni səhnəni bölüşmüşük.  Əfsuslar olsun ki, Azərbaycanımızın şadraq səsli bülbülü artıq xatirələrə daldı. Xalqımızın yaddaşına həkk olundu. Musiqi sənətimizdə silinməz iz buraxdı. Sağlığında qiimət verin insanlara”.

Sənət yoldaşları Aygündən danışdılar... - FOTO

Müğənni Elnarə Xəlilova: "Nə yazıq ki, hamımız bu gün Aygün Bəyləri son mənzilinə yola salmağa toplaşmışıq. Azərbaycan Mədəniyyətinin başı sağ olsun. Mədəniyyətimizə çox ağır, dərin itki üz verib. Azərbaycan mədəniyyəti Aygün Bəylərsiz qaldı. Amma o, ölməyib, daim yaşayacaq. Çünki Aygün bu xalqın artistidir. Daim bizim qəlblərimizdə öz mahnıları ilə öz sənəti ilə yaşayacaqdır. 

Sənət yoldaşları Aygündən danışdılar... - FOTO

Xalq artisti Brilliant Dadaşova: "Aygün Bəylərin ruhu şad olsun. İstedadlı insan həyatını itirdi. Allah rəhmət eləsin. Mən onunla danışmamışdım, amma proqramıma dəvət etmişdim. Aygün Bəylərin itkisi hər birimizin kədəridir".

Əməkdar artist Lalə Məmmədova: "Çox çətindir. Aygün həmişə bizim qəlbimizdədir. Aygün həmişə burada yaşayacaq. İlk dəfədir ki, bilmirəm nə danışım. Əslində gedən cism üçün yox, susan səs üçün pis oluruq. Aygün hər zaman qəlbimizdə yaşayacaq. Bizi bu dünyada xatırlayan ən son insan bu dünyadan köçəndə biz də unudulacağıq".

Sənət yoldaşları Aygündən danışdılar... - FOTO (YENİLƏNİB)

Müğənni Nigar Camal: “Aygün xanımla son dəfə dekabrın 30-u konsertindən sonra danışmışdıq. Türkiyəyə yola düşürdü. Onun ən böyük arzusu Şuşa şəhərinə getmək idi".

Aparıcı Zaur Baxşəliyev: “Onu onkologiyaya gətirmişdilər. Mətbuatda belə bir xəbər oldu ki, Aygün Bəylərin vəziyyəti ağırdı. Mən zəng vurdum ki, görüşmək istəyirəm. Aygün telefonu götürdü və söylədi ki, Zaur mən istəmirəm məni bu vəziyyətdə görəsən və insanlar da bu vəziyyətdə görsünlər. İnşallah mən sənə söz verirəm ki, növbəti həftə mütləq proqramına gələcəm. Amma vəziyyəti ağırlaşdı. Elə bir tut ağacı idi ki, bundan sonra çox insan ona söykənəcək, onun kölgəsinə sığınacaq. Mənim üçün o, dünyasını dəyişməyib. Yaşayıb və yaşayacaq. Çünki sənətkarı ölməz edən onun sənətidir. Allah rəhmət eləsin”. 

Gülayə Mecid