Amerikalı müğənni Teylor Sviftin “Eras Tour” adlı musiqili ekran işi rəsmi olaraq tarixdə ən çox gəlir gətirən konsert filminə çevrilib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, sənədli film Maykl Ceksonun 2009-cu ildən bəri sahib olduğu rekordu qırıb.

Yanvarın 7-nə olan məlumata görə, film dünya üzrə 261,6 milyon dollardan çox gəlir əldə edib.

Qeyd edək ki, "Michael Jackson: That's All" filmi 261,2 milyon dollar qazanıb