Tuba Büyüküstünlə Halit Ergençin “Yarın Yokmuş Gibi” adlı yeni serialının yayım tarixi bəlli olub.

"Unikal" xəbər verir ki, ekran işi 14 fevralda təqdim olunacaq. 4 bölümdən ibarət layihə "Gain" platformasında yayımlanacaq.

Qeyd edək ki, onlar 2017-ci ildə "İstanbul kırmızısı" filmində tərəf müqabili olublar.